İngiltərə nəhəngi Türkiyə yığmasının qapıçısını alır
“Mançester Yunayted” yaxın vaxtlarda “Fənərbaxça”nın və Türkiyə millisinin qapıçısı Altay Bayındırı transfer edə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Manchester Evening News” məlumat yayıb. Mənbənin məlumatına görə, 25 yaşlı qolkiper “qırmızı şeytanlar”la 5 milyon avro məvacib qarşılığında müqavilə imzalayacaq.
Həmçinin qeyd edilir ki, “Mançester Yunayted” Serxio Reqilon, Mark Kukurella və Markos Alonsonun namizədliyini nəzərə alaraq, sol cinah müdafiəçisi mövqeyinə futbolçu axtarır.
Bayındır ötən mövsüm bütün yarışlarda 40 oyunda 45 qol buraxıb.
Aut.az
