İngiltərə

Premyer Liqa VAR-dan imtina edir? – Bu tarixdə səsvermə olacaq

Premyer Liqa klubları gələn mövsümdən VAR-ın ləğv edilib-edilməməsinə səs verəcək.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Mənbənin sözlərinə görə, səsvermənin təşəbbüskarı “Vulverhempton”dur. Səsvermə iyunun 6-da baş tutacaq. Qeyd olunur ki, videobaxış sistemindən istifadənin ləğvi üçün 20 liqa klubundan ən azı 14-ü səs verməlidir.

Əvvəllər oxşar səsvermə İsveçdə də keçirilib – ölkə klubları VAR tətbiq etməkdən imtina ediblər. UEFA reqlamentinə görə, ölkələr öz daxili turnirlərini VAR-la və ya VAR-sız keçirməyə özləri qərar verirlər.

İngiltərə çempionatının 37 turundan sonra “Mançester Siti” 88 xal toplayıb və ən yaxın izləyicisi London “Arsenal”ını iki xal qabaqlayaraq turnir cədvəlində birinci yerdədir.

Aut.az