Premyer Liqa tarixinin ən yaxşı 4 məşqçisi: Artetanın variantı – FOTO
Mikel Artetadan Premyer Liqa tarixinin ən yaxşı dörd baş məşqçisinin adını demək xahiş olunub.
Aut.az xəbər verir ki, Artetanın variantı belə olub:
“Şəxsi bağlılıq baxımından, əlbəttə ki, Arsen Venqer orada olmalıdır, Pep Qvardiola 100 faiz orada olmalıdır. Devid Moyes “Everton” və şəxsən mənim üçün etdiklərinə görə orada olmalıdır.
Və sonra tarix yazan və ingilis klublarını avrokuboklarda yeni səviyyəyə qaldıran başqa bir adam, Ser Aleks Ferqyuson”.
Aut.az

