Nurməhəmmədov ilin döyüşçüsünü açıqladı: Görün kimdir
UFC döyüşçüsü Umar Nurməhəmmədov gürcü Merab Dvalişvilini 2025-ci ildə dünyanın ən yaxşı döyüşçüsü adlandırıb.
Yanvarda Nurməhəmmədov UFC çəki dərəcəsində çempionluq uğrunda döyüşdə yekdil qərarla Dvalişviliyə uduzub.
Aut.az xəbər verir ki, Umar bu barədə “Weighing In” jurnalına müsahibəsində deyib.
“Hesab edirəm ki, Merab ilin ən yaxşı döyüşçüsü seçilməyə layiqdir. Düzünü deyim, axı o, bu il dördüncü dəfə çempionluq titulunu qoruyacaq. Bunu heç kim etməyib. O, çox aktivdir. Bu heyrətamizdir. Bunu təkcə mən yox, hamı deyəcək”.
Dekabrın 7-də Merab Dvalişvili ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək UFC 323 yarışında rusiyalı Petr Yana qarşı titulu uğrunda döyüşəcək.
Aut.az
