Messini nankorluqda ittiham etdi: sənin yanına onlar gəldi
Fransa millisinin sabiq futbolçusu Rio Mavuba “İnter Mayami”nin hücumçusu Lionel Messini PSJ-yə münasibətinə görə tənqid edib.
PSJ-dən ayrılaraq “İnter Mayami”yə keçəndən sonra Messi müsahibələrində Parisdəki karyerasının onun üçün çətin keçdiyini açıq şəkildə bildirir.
“Hər müsahibədə Messinin PSJ-yə bir az toxunduğunu görürük. Mən çox təəccüblənirəm.
Unutmamalıdır ki, hətta PSJ-yə getmək istəməsə belə, “Barselona” onun maaşını ödəyə bilməyəndə yalnız PSJ onun yanına gəldi”, – “Telefoot” Mavubadan sitat gətirir.
Aut.az
