Azərbaycan təmsilçisi Kamerunda qızıl medal qazandı
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Kamerunun paytaxtı Yaundedə keçirilən “Cameroon Internationanl 2023” turnirində qızıl medal qazanıb.
Aut.az xəbər verir ki, mübarizəyə 1/8 final mərhələsindən başlayan Keişa finala gedən yolda Sloveniya, BƏƏ və İtaliyanı təmsil edən badmintonçulara qalib gəlib.
Keişa Fatima Zəhra finalda İsrail badmintonçusu Kseniya Polikarpova ilə qarşılaşıb. Hər iki setdə rəqibindən üstün oyun sərgiləyən badmintonçumuz yekunda 2:0 (21-14,21-16) hesablı qələbə qazanaraq “International” seriyalı turnirin qalibi olmaqla yanaşı, hesabına 2500 reytinq xalı yazdırıb.
