Digər

Afrikanı başdan-ayağa qaçan ilk insan oldu – VİDEO

Britaniyalı ultramarafonçu Russ Kuk Afrikanı ayaqla qət edən ilk insan olub.

Aut.az xəbər verir ki, o, qaçışına qitənin ən cənub nöqtəsi olan Kape Aqulhasdan başlayıb və səyahəti Afrikanın ən şimal şəhəri olan Bizertedə (Tunis) bitirib.

Yarış zamanı 27 yaşlı Kuk 16 294 kilometr (təxminən 386 marafon məsafəsi) qət edib. O, əvvəlcə layihəni 240 günə tamamlamağı planlaşdırsa da, yarışa ümumilikdə 352 gün sərf edib.

Qaçış zamanı Kuk Anqolada qarət edilib, ciddi qida zəhərlənməsinə məruz qalıb, həmçinin Əlcəzair-Mavritaniya sərhədində viza problemi ilə üzləşib.

Marafon bitdikdən sonra Russ sosial şəbəkə hesabında “Missiya yerinə yetirildi”, – deyə yazıb. Qaçışının reklamı sayəsində Kuk xeyriyyə məqsədi ilə 750.000 dollardan çox pul toplayıb.