İngiltərə

O, digərlərindən fərqlənir – Mareska kimi deyir?

“Çelsi”nin baş məşqçisi Entso Mareska “mavilər”in lideri Koul Palmer haqda danışıb.

“Koul ilə işləmək şərəfinə nail olmaqdan çox qürur duyuram. Düzünü desəm, hamısı ilə işləmək xoşdur, amma Koul digərlərindən fərqlənir. Bizim çoxlu yaxşı oyunçularımız var və hər bir baş məşqçi, bu halda onlarla işləməkdən qürur duymalıdır.

O, hazırda İngiltərənin ən yaxşısı ola bilərdi, amma İngiltərə şanslıdır, çünki çoxlu yaxşı oyunçular var və Koul da onlardan biridir. Premyer Liqada da çoxlu yaxşı futbolçular var.

Əlbəttə ki, o, dünyanın ən yaxşı oyunçusu ola bilər, amma onun cəmi 22 yaşı var və inkişaf etdirə biləcəyi çox şey var”.

Daha əvvəl Palmerin “Çelsi”ni tərk edə biləcəyi bildirilirdi.

Aut.az