İngiltərə

O yer göydən düşməyəcək, nəsə etmək lazımdır – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 28-ci turunda “Nottingem”ə məğlubiyyətdən (0:1) danışıb.

“Daha yaxşı oynamalıyıq. Nəsə etmək lazımdır, Çempionlar Liqasında yer göydən düşməyəcək.

Vəziyyət belədir. Qarşıda 10 tur qalıb, gələn çərşənbə günü “Brayton”la oynayacağıq və sonra nə olacağını görəcəyik”, – ESPN Qvardiolanın sözlərindən sitat gətirib.

Aut.az