Almaniya

“Bavariya”, “Bayer” və “Borussiya” 19 ildən sonra ilk dəfə…

Almaniya Bundesliqasının 25-ci turunda “Bavariya”, “Bayer” və “Borussiya Dortmund” eyni vaxtda məğlub olub.

Aut.az xəbər verir ki, bu, 2006/07 mövsümünün 20-ci turundan sonra ilk dəfədir ki, belə bir hadisə baş verir. Bu barədə “Opta Sports” məlumat yayıb.

“Bavariya” “Bohum”un (2:3), “Bayer” “Verder”in (0:2), “Borussiya” isə “Auqsburq”un (0:1) öhdəsindən gələ bilməyib.

Aut.az