Futboldan ömürlük uzaqlaşdırılacaq?
“Vest Hem”in və Braziliya millisinin yarımmüdafiəçisi Lukas Paketanın mərc qalmaqalı bitmək bilmir.
Aut.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) braziliyalını mərc bazarına təsir etmək üçün bilərəkdən sarı vərəqə almaqda ittiham edir. Paketa hazırda FA-nı məhkəməyə verir. Lakin iddiasının uğursuz olacağı gözlənilir.
İngiltərə Futbol Assosiasiyası günahı sübuta yetirilərsə, braziliyalıya ömürlük cəza verilməsində israrlıdır. Buna görə də Paketa ömürlük futbol yarışlarında oynamaq qadağan edilə bilər.
Qeyd edək ki, Lukas bu mövsüm “Vest Hem”in heyətində bütün turnirlərdə 26 oyuna çıxıb.
Aut.az
