“Siti” onun transfer pulunu 24 aya ödəyəcək
“Bornmut”un hücumçusu Antuan Semenyo ən qısa zamanda “Mançester Siti”nin oyunçusu olacaq.
Aut.az xəbər verir ki, “Sky Sports News” tərəflər arasındakı müqavilənin detalları ilə bölüşüb.
“Mançester Siti” oyunçuya görə “Bornmut”a 62,5 milyon funt sterlinq ödəyəcək. Həmçinin razılaşmaya məhsuldarlıq üçün 1,5 milyon funt bonus və gələcək satışdan 10 faiz pay daxildir.
Semenyo tibbi müayinədən keçdikdən sonra 5,5 illik müqavilə imzalayacaq. Tibbi müayinə bu gün, yanvarın 8-i baş tutacaq. “Mançester Siti” isə ödəniş məbləğini 24 ay ərzində həyata keçirməlidir.
Aut.az
