“Bavariya”nın futbolçusu Premyer Liqa klublarının hədəfində
“Barselona”nın fransalı müdafiəçisi Saşa Boe karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Bildirilir ki, oyunçuya Londonun iki klubu maraq göstərir. 23 yaşlı müdafiəçi ilə “Kristal Pelas” və “Vest Hem” aktiv şəkildə maraqlanır. Hər iki klub yaxın transfer pəncərəsində Boeni heyətinə qatmaq imkanını nəzərdən keçirir.
Sacha Boenin Münhen klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına görə, müdafiəçinin bazar dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.
Aut.az
