İspaniyaİngiltərə

“Liverpul” 150 milyonla “Real”ın qapısını kəsdirib, amma…

“Liverpul” “Real”ın uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde üçün 150 milyon avro ödəməyə hazırdır.

Aut.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Lakin mənbənin sözlərinə görə, futbolçu Madrid klubundan ayrılmaq istəmir və “Real” da Uruqvay millisinin oyunçusunu satmaq fikrində deyil.

Xatırladaq ki, 25 yaşlı Valverde 2016-cı ildən “Real”da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi “Los Blancos”un heyətində bütün turnirlərdə 42 oyun keçirib, 1 qol vurub və 8 məhsuldar ötürmə edib.

Futbolçunun müqaviləsi 2029-cu ilin iyunun sonuna qədər qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 100 milyon avrodur.

Aut.az