İspaniya

Flik son 10 ilin ən yaxşı hücumçusunun adını açıqladı: Görün kimdir

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik son 10 ilin ən yaxşı hücumçusunu açıqlayıb.

Aut.az xəbər verir ki, almaniyalı mütəxəssis seçimini komandasının polşalı hücumçusu Robert Levandovskidən yana edib. “Şəxsən mənim fikrimcə, Robert Levandovski son 10 ilin ən yaxşı hücumçusudur”, — deyə Flik bildirib.

Onun rəhbərliyi altında Levandovski 136 matçda meydana çıxıb, 133 qol vurub və 26 assist edib.

Aut.az