İngiltərə

Birbaşa butulkadan içir: “Şüşəni mənə ver” deyir və…

“Mançester Siti”nin və İngiltərə millisinin müdafiəçisi Kayl Uoker komanda yoldaşı Con Stounz haqda danışıb.

Aut.az xəbər verir ki, Kayl Conun içkiyə meyilli olduğunu bildirib. Uoker və Stounz yeddi ildir birlikdə oynayırlar və onların bu və ya digər kuboku qazandıqlarını qeyd etmək üçün birdən çox hadisə olub.

“Con şənləməyi xoşlayır. Amma bütün mövsümü içmir.

İçəndə birbaşa butulkadan içir. Bir şüşə tekila, bir şüşə jägermeister. “Şüşəni mənə ver” deyir və içir”, – Uolker Rio Ferdinand ilə “FIVE podcast”da deyib.

Aut.az