İngiltərə

Xanım jurnalist Asensionu “sevimli” adlandırdı: Ona hansı sualı verib? – FOTO

Yanvar transfer pəncərəsi zamanı 29 yaşlı Marko Asensio komandasını dəyişdi: PSJ-dən icarə əsasında “Aston Villa”ya keçdi.

Aut.az xəbər verir ki, bu qərarı artıq uğurlu adlandırmaq olar, belə ki, ispaniyalı yeni komandasının heyətində səkkiz matçda yeddi qol vurub.

Asensio Çempionlar Liqasında “Brügge” ilə cavab qarşılaşmasında da (3:0) dubl edib.

Matçdan sonra Asensio “TNT Sports”un müxbiri Bekki Ayvz ilə danışıb. Daha əvvəl İngiltərədə oynamamasına baxmayaraq, Asensio ingilis dilində müsahibələr verib.

Müsahibədən sonra qız ispaniyalını tərifləyib: “Söhbətdən sonra Asensio məndən ingilis dilinin normal olub-olmadığını soruşdu. O, necə oyunçu olduğu haqda da soruşdu. Amma daha önəmlisi odur ki, o, sevimli və təvazökar insandır! O, “Aston Villa”nın əsas aktividir!”, – Bekki yazıb.

Xanım jurnalist Asensionu “sevimli” adlandırdı: Ona hansı sualı verib? – FOTO

Aut.az