İngiltərə

Tənha Klopp “Enfild”də: Cəmisi bir oyun qaldı – FOTO

“Liverpul”a başçılıq edən 56 yaşlı alman mütəxəssis Yurgen Klopp “Enfild” stadionunda tənha görüntülənib.

Aut.az xəbər verir ki, Klopp təkbaşına tribunalar arasından keçərək koridorda dayanıb meydançaya baxıb. Sonra aşağı düşərək qazonda gəzib.

Klopp “Liverpul”da 8 il keçirib. O, 2024-cü ilin yayında klubu tərk edəcək. Beləliklə, əfsanəvi stadionla vidalaşmaq qərarına gəlib.

Mayın 19-da Yurgen mersisaydlıların başında son oyununu keçirəcək. Premyer Liqanın 2023/24 mövsümünün 38-ci turunda “qırmızılar” doğma meydanda “Vulverhempton”la qarşılaşacaq.

Tənha Klopp “Enfild”də: Cəmisi bir oyun qaldı - FOTO

Aut.az