Kral ordenə layiq gördü, Şahzadə şəxsən təqdim etdi – FOTO
“Mançester Yunayted”in müdafiəçisi Conni Evans Britaniya İmperiyasının ordeni ilə təltif edilib.
Aut.az İngiltərə mətbuatına istinadən bildirir ki, bu münasibətlə Bukingem sarayında mərasim keçirilib və Şimali İrlandiyalı futbolçunu şəxsən şahzadə Uilyam mükafatlandırıb.
“Arxasında kral möhürü olan məktubu alanda bir az şok oldum, amma eyni zamanda çox heyrətamiz idi. Xüsusilə Şimali İrlandiya futboluna verdiyim töhfənin tanındığını görəndə son dərəcə qürur duydum. Başa düşdüm ki, ölkəm üçün 100-dən çox oyuna çıxmışam.
Şimali İrlandiyada bu qədər uzun müddət oynamaq inanılmaz idi. Bu yolda çox gözəl anlar yaşadım”, -deyə Evans deyib.
Xatırladaq ki, Evans Şimali İrlandiya millisinin heyətində 104 oyun keçirib və 6 qol vurub.

Aut.az
