Adam kimi adam: Elə bir jest etdi ki…
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola alqışalayiq addım atıb.
Aut.az xəbər verir ki, ispan mütəxəssis Premyer Liq çempionluğuna görə aldığı mükafatı klubun inzibati işçiləri və mühafizə xidmətinin əməkdaşları arasında bölüşdürüb. O, komandanın uğurlu nəticələrinə verdiyi töhfəyə görə minnətdarlıq əlaməti olaraq bu addımı atıb.
İddiaya görə, ölkə çempionluğuna görə məşqçiyə 750 min funt-sterlinq ödənilib. O da bu məbləği komandaya xidmət edən və nisbətən az məvacib alan işçilərə təqdim etməyi üstün tutub.
Qeyd edək ki, “Mançester Siti” 2022/23 mövsümündə Premyer Liqa, ölkə kuboku və Çempionlar Liqasının qalibi olmaqla trebl edib.
