İngiltərə

“Yunayted”in gələcək baş məşqçisi ona inanır: Əsas silahı olacaq

Ən son məlumata görə, yaxın həftələrdə “Mançester Yunayted”in baş məşqçi postuna təyinat alacaq Ruben Amorim “Mançester Yunayted”in cinah oyunçusu Markus Reşfordun futbol bacarığını yüksək qiymətləndirir.

Aut.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

Mənbənin sözlərinə görə, portuqaliyalı mütəxəssis qısa müddət ərzində ingilis futbolçunun oyununu xeyli yaxşılaşdırmağa və özünə inam qazanmasına kömək edə biləcəyinə inanır. Öz növbəsində, Reşford da Amorimin kluba gəlişindən məmnundur.

Əvvəllər bildirilirdi ki, ingilis “Mançester Yunayted”dən ayrılmaq niyyətini agentinə çatdırıb və ondan yeni klub tapmasını istəyib.

Aut.az