Keçmiş sevgilisinin Con Terri ilə ona xəyanət etdiyini üzünə dedi: Döyüş olmadı – VİDEO
“Çelsi”, “Mançester Siti” və İngiltərə yığmasının sabiq müdafiəçisi Ueyn Bric bloger və boksçu KSİ-yə (Olacide Olatunci) qarşı rinqə çıxmaqdan imtina edib.
Aut.az xəbər verir ki, Bric və KSI arasında döyüş martın 29-da keçirilməli idi.
44 yaşlı Bric keçmiş sevgilisi Vanessa Perronselin “Çelsi”nin keçmiş kapitanı Con Terri ilə ona xəyanət etməsinə lağ etdiyi üçün onunla döyüşməkdən imtina etdiyini açıqladı.
“Con Terrinin keçmiş sevgilinlə cinsi əlaqəyə girməsinə icazə verən sənsən? Əminəm ki, sən məhz bununla tanınırsan”, – KSI rinqdə Bricin üzünə deyib və onu ələ salmağa davam edib.
“Əlbəttə, tənqid gözləyirdim, lakin şənbə günü deyilənlər bütün sərhədləri keçdi. Bunlar mənə və bu vəziyyətdə olan digər ailələrə təsir edən dərin şəxsi şərhlərdir. Mən ilk növbədə ailə adamıyam və prioritetim onları qorumaqdır.
Rəqibim dünyadakı bir çox uşağın, o cümlədən mənim övladlarımın bəyəndiyi insandır. Ümid edirəm ki, bir gün o, həyata başqa cür baxacaq. Şəxsən mən belə situasiyalara qarışmaq istəmirəm”, – Bric açıqlamasında bildirib.
KSİ peşəkar rinqdə Loqan Paulu məğlub edib və Tommi Fyuriyə uduzub.
Aut.az
