İngiltərə nəhənglərinin təklifinə niyə “yox” deyib?
“Barselona”nın 21 yaşlı yarımmüdafiəçisi Fermin Lopes qış transfer pəncərəsində “Mançester Yunayted” və “Aston Villa”ya keçməkdən imtina edib.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbəyə görə, hər iki klub ispaniyalı futbolçunun transferi üçün “blauqranaya” 70 milyon avro ödəməyə hazır idi, lakin o, bu təkliflərin heç birini eşitmək istəməyib. Lopea israr edir ki, “Barselona”da uğur qazanmaq istəyir.
Fermin “Barsa” akademiyasının məzunudur. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 24 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. 21 yaşlı futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.
Aut.az
