Flik bunu bacaran ilk alman məşqçi oldu
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik avqustun nəticələrinə əsasən İspaniya Primerasının ən yaxşı məşqçisi seçildiyi barədə məlumat vermişdik.
Aut.az xəbər vcrir ki, beləliklə, Flik Almaniyadan bu mükafatı alan ilk şəxs olub. Bu barədə “Squawka” məlumat yayıb.
Bundan əvvəl heç bir alman məşqçi La Liqada ayın ən yaxşı məşqçisi adını almamışdı.
Xatırladaq ki, Flik “Barsa”ya yayda rəhbərlik etməyə başlayıb. Almaniyalı mütəxəssis İspaniya çempionatında keçirdiyi 4 oyunun hamısında qalib gəlib. Kataloniyalılar İspaniya çempionatının cədvəlinə 12 xalla başçılıq edir. “Real” isə 8 xalla ikincidir.
Aut.az
