“Real”ın bəxti gətirib: O, gecə əyləncələrinə nifrət edir
“Real”ın gələcək hücumçusu və hələlik Braziliyanın “Palmeyras” klubunun oyunçusu Endrik imicinə əhəmiyyət verdiyini bildirib.
“Şənliklərə və gecə klublarına getməyə nifrət edirəm… Mübahisələrə qarışmağı xoşlamıram. Mən imicimi ləkələyən işlərlə məşğul olmağı sevmirəm. İdman gələcəyimə fokuslanmışam, başqa heç nə məni maraqlandırmır”, – Endrik deyib.
17 yaşlı Endrik 2024-cü ilin yayında “Real”ın futbolçusu olacaq. 2023-cü ildə braziliyalı “Palmeyras”ın heyətində 49 oyun keçirib, 12 qol vurub və 1 məhsuldar ötürmə edib. Bu yaxınlarda Endrik ilk dəfə Braziliyanın böyüklərdən ibarət milli komandasına dəvət alıb.
Aut.az
