“Arsenal”ın və “Barselona”nın sabiq oyunçusu təqaüdə çıxdı
Məşhur kamerunlu yarımmüdafiəçi Aleksandr Sonq sosial şəbəkələrdə 36 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, onun sonuncu klubu Cibutidən olan “Arta Solar” olub.
Sonq daha çox “Arsenal” və “Barselona”dakı çıxışları ilə tanınır. O, həmçinin “Bastia”, “Çarlton”, “Vest Hem”, “Rubin” və “Sion”da da çıxış edib.
2005-2014-cü illər arasında Kamerun millisinin heyətində 49 oyun keçirib. Afrika millisi onun çıxış etdiyi dönəmdə 2010 və 2014-cü il Dünya Kuboklarında iştirak edib.
