Petr Çex bu kluba transfer olundu
Sabiq futbol qapıçısı Petr Çex kayerasını İngiltərədə davam etdirəcək.
Aut.az xəbər verir ki, o, ölkə çempionu olan “Belfast Qyants” hokkey komandasına icarə əsasında transfer olunub.
“Həm “Oxford City Stars” komandasına, həm də Petrin özünə verdiyi dəstəyə görə çox minnətdarıq. O, ən yüksək səviyyədə çıxış etmək üçün nə lazım olduğunu bilən peşəkar səviyyəli idmançıdır. Ona görə də icarə müddətində dəstəyi əvəzolunmaz olacaq”, – deyə baş məşqçi Adam Kif bildirib.
Xatırladaq ki, Çex futbolçu karyerasını 2019-cu ildə başa vurub.
