Dünya futbolu

Ronaldo oğlunun Portuqaliya millisindəki debütündən yazdı

“Əl-Nəsr”in hücumçu Kriştiano Ronaldonun oğlu Portuqaliyanın U-15 milli komandasında debüt edib.

Aut.az xəbər verir ki, bu münasibətlə ulduz futbolçu sevincini sosial şəbəkədə bölüşüb.

“Portuqaliya millisində debütün münasibətilə təbrik edirəm, oğlum. Səninlə çox qürur duyuram!” – deyə 40 yaşlı superulduz “Instagram” hesabında yazıb.

Kriştiano Junior Yaponiya ilə oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliya komandası matçı 4:1 hesabı ilə qalib başa vurub. Mayın 14-də portuqaliyalılar Yunanıstanla, 2 gün sonra isə İngiltərə ilə qarşılaşacaqlar.

 

 

 

 

 

 

 

View this post on Instagram

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A post shared by Cristiano Ronaldo (@cristiano)