Messi və Suaresi fitə basdılar, Bekhemə orta barmaq göstərdilər – VİDEO
Honkonqda azarkeşlər “İnter Mayami”nin hücumçuları Lionel Messi və Luis Suaresi yerli “Hong Kong XI” klubu ilə (4:1) matçda meydana çıxmadıqları üçün fitə basıblar.
Aut.az xəbər verir ki, bu barədə “France Press” məlumat yayıb. Mənbənin sözlərinə görə, tribunalarda 38 min 323 tamaşaçı olub və hamı meydanda ulduz futbolçuları gözləyib.
Bununla belə, Messi və Suares bütün oyunu ehtiyatda keçirib.
Messinin ayağında kiçik zədə olub, Suaresin isə ciddi problemi olmayıb. Maraqlıdır ki, bu matça biletin minimum qiyməti 115 avro olub.
İkinci hissənin ortasında azarkeşlər “Messini istəyirik” şüarları səsləndirdilər və həmçinin oyundan sonra azarkeşlərə dəstəklərinə görə təşəkkür edən klubun sahibi David Bekhemə orta barmaq göstərərək, xərclənən pulun qaytarılmasını tələb ediblər.
Aut.az
