Dünya futbolu

FİFA 3-cü transfer pəncərəsi açacaq: Ancaq bu klublar yararlana biləcək  

Beynəlxalq Futbol Federasiyası ( FIFA ) iyunun 15-də başlayacaq 2025-ci il Klublararası Dünya Çempionatı öncəsi oyunçu transferlərini stimullaşdırmaq üçün iyunun 1-dən 10-a kimi açıq olacaq üçüncü transfer pəncərəsini tətbiq etmək niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin məlumatına görə, klublara turnir başlamazdan əvvəl futbolçularla başa çatan əmək müqaviləsini də bir neçə gün uzatmağa icazə veriləcək.

Yeni transfer pəncərəsi yarışda iştirak edən klublar üçün fəaliyyət göstərəcək.

Xatırladaq ki, yeni yarış formatında iştirakçıların sayı 7 komandadan 32 komandaya yüksələcək. Turnirdə Afrika, Asiya, Avropa, Amerika və Okeaniya klubları iştirak edəcək. Klublararası dünya çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək keçiriləcək.

Aut.az