Dünya futbolu

“Zenit” 19 yaşlı türkü transfer etdi

Rusiyanın “Zenit” klubu heyətini yeni hücumçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, bu, Türkiyənin “Altınordu” klubunun 19 yaşlı hücumçusu Emircan Gürlükdür.

Məlumata görə, tərəflər artıq müqaviləyə imza atıb və sözügedən forvard bu yay “Zenit”ə qoşulacaq.

Qeyd edək ki, “Transfermarkt” portalı Emircanın transfer qiymətini 350 min avro ilə dəyərləndirir.