Dünya futbolu

Messi dubl etdi, “İnter Mayami” isə… – VİDEO

Aprelin 20-dən 21-nə keçən gecə DVR stadionunda “İnter Mayami” “Neşvil”i 3:1 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, meydan sahiblərinin argentinalı hücumçusu Lionel Messi bu oyunda dubl edib. Daha bir  qolu isə Serxio Buskets vurub. Qeyd edək ki, Buskets “İnter Mayami”nin heyətində rəsmi oyunlarda ilk qolunu vurub.

Hazırda “İnter Mayami” 10 matçdan sonra 18 xalla MLS turnir cədvəlində birinci yerdədir.