Mourinyonu müdafiə etdi: qaradərili futbolçular üçün…
“Mançester Yunayted”in əfsanəvi müdafiəçisi Rio Ferdinand “Benfika”nın baş məşqçisi Joze Mourinyonun Vinisiyus Juniora ünvanlanan sözlərinə münasibət bildirib.
Aut.az xəbər verir ki, keçən həftə Madrid klubu UEFA Çempionlar Liqasının pley-off matçında “Benfika” üzərində 1:0 hesablı qələbə qazanıb. Oyunun gedişində Vinisiyus hakim Fransua Leteksyeə bildirib ki, yarımmüdafiəçi Cianluka Prestianni onu “meymun” adlandırıb və ağzını formanı ilə örtüb. Prestianni isə braziliyalıya qarşı təhqir etmədiyini bildirib.
Oyundan sonra məşqçisi Mourinyo deyib: “Nəsə düzgün deyil. Vinisiyus hər oynadığı stadionda həmişə nəsə baş verir”.
“Düşünürəm ki, müəyyən müddətdən sonra Joze oturub fikirləşəcək ki, bəlkə də yanılmışam. Bu sözlər Mourinyonu irqçi etmir. Mən hesab edirəm ki, Joze Mourinyo bütün dünyadan olan qaradərili futbolçular üçün kifayət qədər iş görüb və onlar ona ata kimi baxırlar. Bu isə göstərir ki, onun içində irqçilik yoxdur”, — deyə Ferdinand “Mirror”a açıqlamasında bildirib.
UEFA Benfikanın yarımmüdafiəçisini avrokubok oyunlarından müvəqqəti uzaqlaşdırıb.
Aut.az
