“Beşiktaş” onu “Spartak”a buna görə satıb: Prezident açıqladı
“Beşiktaş”ın prezidenti Serdal Adalı Gedson Fernandesin transferi üçün “Spartak”la anlaşmaya münasibət bildirib.
Aut.az xəbər verir ki, mətbuat Rusiya klubunun portuqal üçün bonuslar da daxil olmaqla 25 milyon avro ödədiyini yazıb.
“O, gedişi azarkeşləri ciddi şəkildə narahat edən yeganə oyunçudur. Ayrılmada həlledici amil futbolçunun öz istəyi olub.
Biz “Benfika” ilə məsələni həll etdik və Gedsonun qalan hüquqlarını 10 milyon avroya aldıq. Bundan sonra onu 26 milyon avroya “Spartak”a satdıq, üstəgəl 2 milyon avro bonuslar.
Biz də oyunçunun satış dəyərinin 10%-ni alacağıq. Bu, “Beşiktaş”ın tarixindəki ən bahalı satışdır”, – Adalı “Sports Digital”a müsahibəsində deyib.
Aut.az
