Dünya futbolu

820 min avro borcu varmış

“Zenit”in hücumçusu Malkom İspaniya vergi agentliyinin borcluları siyahısına düşüb.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

İspaniya xəzinədarlığı cümə günü 600,000 avrodan çox borcu olan böyük borcluların siyahısını dərc edib.

820 min avro ödəməli olan Malkomun da adı siyahıda var.

Xatırladaq ki, 2019-cu ildə “Zenit”ə keçməzdən əvvəl 26 yaşlı braziliyalı “Barselona”da çıxış edib.

Aut.az