Oğlu texnikası ilə Marselonun başına elə bir oyun açdı ki… – VİDEO
“Real Madrid”in 36 yaşlı sabiq futbolçusu Marselo oğlu ilə necə vaxt keçirdiyini nümayiş etdirib.
Aut.az xəbər verir ki, 9 yaşlı Liam atasına gənc nəslin texnikasını göstərib və topu onun ayaqlarının arasından atıb.
Sosial şəbəkələrdə yayılan video dərhal yayılıb və bəziləri zarafatla “Fluminense”ni start heyətində atanı oğulla əvəzlənməsini təklif edib.
Marselo hazırda “Fluminense”də oynayır. Bu mövsüm sol cinah müdafiəçisi 15 oyuna çıxıb və 1 qol vurub.
Aut.az
