“Qızıl top”un sahibindən Benzemanın dediklərinə reaksiya: İnciyib?
2024-cü ildə “Qızıl top”u qazanan “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “Real Madrid”in keçmiş ulduzu Kərim Benzemanın dediklərinə münasibət bildirib.
“Benzema deyib ki, o, Vinisiusu məndən daha çox sevir? Bu təhqiredici deyil. Bu onun fikridir, belə düşünməyə haqqı var. Hamının məni bəyənməsini gözləyə bilmərəm. Kərim Benzema “Qızıl top”un inanılmaz qalibidir və mən bunu qiymətləndirəcək durumdayam. Çünki o, bizi həmin il əziyyətə saldı”.
Kərim Benzema 2022-ci ildə “Qızıl topu” qazanıb.
Aut.az
