Tarixlərində ilk dəfə avrokuboklara vəsiqə qazandılar: Özü də ÇL-ə
Fransanın “Brest” klubu tarixdə ilk dəfə Avrokubok yarışlarına vəsiqə qazanıb. Özü də Çempionlar Liqasına.
Aut.az xəbər verir ki, bu, Liqa 1-in 32-ci turunda “Nitsa”nın PSJ-yə 1:2 hesabı ilə uduzmasından sonra baş verib.
“Brest” 58 xalla 4-cü yerdədir. Mövsümün sonuna bir tur qalmış “Nitsa”nın 54 xalı var və “pratlar”a çatmaq ehtimalları yoxdur.
Fransa çempionatının sonunda 4-cü mövqe “Brest”ə Çempionlar Liqasında təsnifat mərhələsinin 3-cü mərhələsindən mübarizə aparmağa imkan verəcək. Bununla belə, Erik Royun komandası üçüncü yeri tuta bilər ki, bu da onlara birbaşa qrupda oynamaq şansı verir.
Üçüncü pillədə qərarlaşan “Lill”in də 58 xalı var. Hər şey Liqa 1-in son turunda həll olunacaq. Mayın 19-da “Brest” səfərdə “Tuluza” ilə, “Lill” isə doğma meydanda “Nitsa” ilə qarşılaşacaq.
Aut.az
