Əfsanənin oğlu bu klubla müqavilə bağladı
“Feyenoord” rəsmi saytında klubun gənclər komandasında çıxış edən 18 yaşlı hücumçu Şakil van Persi ilə müqavilə bağladığını açıqlayıb.
Aut.az xəbər veririk, nüqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
“Qürur duyuram ki, qarşıdakı mövsümlərdə “Feyenoord” formasını geyinə biləcəyəm. Klubdan böyük inam hiss edirəm və məqsədlərimə çatmaq üçün hər gün çox çalışıram”, – deyə klubun mətbuat xidməti Van Persidən sitat gətirib.
Şakil 2004-cü ildə “Arsenal”a keçməzdən əvvəl karyerasına “Feyenoord”da başlayan və səkkiz bu klubda oynayan əfsanəvi hücumçu Robin van Persinin oğludur.
Atasının yolunu davam etdirən Şakil 2017-ci ildə “Feyenoord” akademiyasına qoşulub, daha əvvəl iki mövsümü “Mançester Siti”nin gənclər komandasında keçirib.
Aut.az
