Dünya futbolu

Braziliya yığmasının yeni baş məşqçisi o olacaq

Braziliya millisinin yeni çalışdırıcısı hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunu çalışdıran portuqaliyalı mütəxəssis Xorxe Jezus olacaq.

Aut.az xəbər verir ki, bu barədə “UOL Esporte” məlumat yayıb.

Qeyd olunur ki, 70 yaşlı Xorxe hazırda ciddi şəkildə nəzərdən keçirilən yeganə namizəddir. Lakin onun təyinatı dərhal olmayacaq. Jesusun mayın 3-nə planlaşdırılan Asiya Çempionlar Liqasının finalına qədər Səudiyyə klubunda qalacağı bildirilir.

Bundan əlavə, “Əl-Hilal” liqa çempionluğu uğrunda mübarizəni davam etdirsə, onun təyinatı bir qədər də yubanacaq.

Mütəxəssis daha əvvəl Braziliyada çalışıb: 2019-2020-ci illərdə o, ölkə çempionu, Braziliya Superkubokunun qalibi, Libertadores Kubokunun qalibi və Recopa Sudamericana kubokunun qalibi olduğu “Flamenqo”ya rəhbərlik edib.

Aut.az