AFFA Emin İmaməliyevi bu milliyə göndərdi
Futbol üzrə U-17 milli komandasına yeni məşqçi təyin edilib.
Aut.az xəbər verir ki, Emin İmaməliyev bundan sonra müvafiq yaş qrupu üzrə yığmaya rəhbərlik edən Aqil Məmmədovun məşqçilər korpusunda çalışacaq.
İmaməliyev buna qədər U-21 millisində çalışıb. O, komandanın sabiq baş məşqçisi Samir Əliyevin köməkçisi olub.
Aut.az
