Dünya futbolu

FİFA KDÇ-nin bilet satışından narahatdır: Görün nə təklif edir

FIFA klublararası dünya çempionatına bilet satışını artırmaq istəyir.

Aut.az xəbər verir ki, “The Times”ın məlumatına görə, Beynəlxalq Futbol Federasiyası bu yay ABŞ-da keçiriləcək turnirin oyunlarına marağın az olmasından narahatdır.

Satışı artırmaq üçün FİFA azarkeşlərə əlavə motivasiya vermək qərarına gəlib. KDÇ-nin 20 oyununa bilet alanlara DÇ-2026-ın finalına bilet almaq imkanı təmin ediləcək.

Qeyd olunur ki, hazırda klub çempionatının biletlərini təkrar bazarda ilkin qiymətindən aşağı almaq olar.

Aut.az