Dünya futboluİtaliya

Xviça 5 illik müqaviləni razılaşdırdı – Məvacibi 5 dəfə artacaq

“Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya PSJ ilə şəxsi müqaviləsinin bütün şərtlərini razılaşdırıb.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat verib.

Mənbənin məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi PSJ ilə 5 illik müqavilə imzalayacaq. Onun maaşı İtaliya klubunda aldığından 5 dəfə artıq olacaq.

Gələn həftə Fransa komandasının nümayəndələrinin “Napoli” rəhbərliyi ilə görüşərək mümkün transferin bütün detallarını müzakirə edəcəyi bildirilir.

Bu mövsüm Kvaratsxelia klub üçün bütün turnirlərdə 18 oyun keçirib, beş qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2027-ci ilin yayına qədərdir. “Transfermarkt” internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 85 milyon avrodur.

Aut.az