Əmrə İtaliya nəhənginə keçir?
“Napoli” qarşıdan gələn qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək istəyir və ” Borussiya Dortmund”dan Emre Canı transfer etmək imkanını nəzərdən keçirməyə başlayıb.
Aut.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, neapollular Əmrəilə Elif Elmasın “RB Leypsiqə” satılmasından sonra maraqlanmağa başlayıblar.
29 yaşlı yarımmüdafiəçi 2020-ci ilin yanvarından “Borussiya”da çıxış edir. Can bu mövsüm bütün turnirlərdə 19 matçda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə verib.
“Transfermarkt” internet portalı oyunçunun bazar dəyərini 12 milyon avro qiymətləndirir.
Aut.az
