Rusların olduğu yarışda hakimlik etdi: Lisenziyası alındı
Polşa Gimnastika Federasiyası Pekində (Çin) “Sky Grace” turnirində çalışmış İrina Lortkipanidzenin məşqçilik və hakimlik lisenziyasını ləğv edib.
Aut.az xəbər verir ki, bu barədə Polşa Gimnastika Federasiyasının (PZG) mətbuat xidməti məlumat yayıb.
Məlumdur ki, Pekində keçirilən yarışda 19 ölkə iştirak edib ki, onların arasında Rusiya və Belarus da var. Lakin Polşa Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirak imkanının bərpasına qarşıdır və buna görə də hakim Lortkipanidzenin addımını pisləyib.
“Polşa federasiyasının idarə heyəti qətiyyətlidir. Federasiyanın imicini qorumaq naminə belə halların qarşısını almaq üçün addımlar atmağa davam edəcəyik”, – məlumatda bildirilir.
Aut.az
