Digər

Olimpiadada iştirak edəcək daha 4 komanda məlum oldu

Rio De Janeyro, Tokio və Sianda kişilərdən ibarət voleybol üzrə Olimpiya təsnifat turnirlərinin 6-cı turu geridə qalıb. Son turun oyunlarından əvvəl 4 komanda Olimpiadaya vəsiqəni təmin edib. Bunlar Almaniya, ABŞ, Yaponiya və Polşa olub.

Braziliyada keçirilən turnirdə almanlar 6 oyunda qalib gəlməklə ilk yeri təmin ediblər. İkinci yerə namizəd Braziliya , İtaliya və Kuba komandalarıdır. Bu gün Braziliya komandası İtaliya ilə , Kuba isə İranla qarşılaşacaq.

Tokioda keçirilən turnirdə hər iki vəsiqənin sahibi müəyyənləşib. ABŞ 6 qələbə ilə ilk yeri tutub. Yaponiya isə 5 qələbə ilə 2-ci yerdə qərarlaşıb. Son turda komandalar üz-üzə gələcək. Hazırda 3-cü yerdə olan Sloveniyanın Yaponiyaya çatmaq şansı qalsa da, əlavə göstəricilərə görə geri qalır.

Çində keçirilən turnirdə Polşa millisi vaxtından əvvəl qalib olub. İkinci yerə namziədlərin göstəricilər eynidir. Bu vəsiqə uğrunda son turda Belçika , Kanada və Argentina yarışır. Bu gün Belçika Bolqarıstanla, Argentina Niderlandla, Kanada isə Meksika ilə qarşılaşacaq.

Xatırladaq ki, ev sahibi kimi Fransa millisi artıq vəsiqəyə malikdir. Qalan 5 vəsiqə 2024-cü ilin 24 iyununa olan dünya reytinqinə əsaslanacaq.