FİFA “Barsa”ya dəvət göndərməyəcək?
Beynəlxalq Futbol Federasiyası ( FİFA ) “Barselona”nı 2025-ci ildə ABŞ-da yenilənmiş formatda keçiriləcək Klublararası Dünya Çempionatına dəvət etmək niyyətində deyil.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin sözlərinə görə, La Liqa 2025-ci il Klublararası Dünya Çempionatında yalnız iki komanda ilə təmsil olunacaq. “Real” 2021/2022 mövsümünün Çempionlar Liqasının qalibi kimi dəvət alacaq.
Amma İspaniya Primerasından bu turnirdə başqa klubun da iştirak etmək ehtimalı vardı. Lakin FİFA-nın Kataloniya klubu ilə münasibətlərində gərginlik olduğu üçün “Barselona”nı turnirə dəvət etməyəcəyi vurğulanır.
Bu gərginliyə səbəb “Blauqrana” rəhbərliyinin Superliqa yaradılması layihəsini dəstəkləməsi ilə bağlı ola bilər.
Xatırladaq ki, klublararası dünya çempionatının yenilənmiş variantında 32 komanda iştirak edəcək: Avropadan 12, Cənubi Amerikadan 6, Afrika, Asiya və KONKAKAF-dan 4, Okeaniyadan isə bir klub təmsil olunacaq. Turnir ABŞ-da keçiriləcək.
Aut.az
