Azərbaycan futboluDünya futbolu

Vüsal İsgəndərli qol vurdu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi “Partizani” Albaniya Super Liqasında 24-cü turun oyununa çıxıb.

Aut.az xəbər verir ki, komanda evdə “Tirana” ilə qarşılaşıb.

“Partizani” bu oyunda 2:0 hesablı qələbə qazanıb. İsgəndərli meydana start heyətdə çıxıb. Azərbaycanlı yarımmüdafiəçi 37-ci dəqiqədə komandasının ikinci qolunu vurub və 72-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Partizani” 33 xalla 5-ci yerdədir.