Joze Mourinyo: Hansı məşqçi “Benfika”dan imtina edər?
Joze Mourinyo yaxın vaxtlarda “Benfika”nın yeni baş məşqçisi olacaq.
Aut.az xəbər verir ki, bu barədə “Record” məlumat yayıb.
Portuqaliyalı mütəxəssis artıq müqavilənin şərtlərini razılaşdırıb. Tərəflər 2 illik müqavilə imzalayacaq. Hazırda isə köməkçilərlə bağlı son detallar müzakirə olunur. Klubun Mourinyonu bu gün, sentyabrın 18-də rəsmi şəkildə təqdim edəcəyi gözlənilir.
Joze “Benfika” ilə müqavilə imzalamaq üçün Lissabona gəldikdən sonra jurnalistlərə açıqlama da verib:
“Mənə “Benfika”da məşqçilik təklifi gələndə tərəddüd etmədən cavab verdim: “Bəli, istəyirəm, maraqlanıram”. Hansı məşqçi “Benfika”dan imtina edərdi, əlbəttə ki, mən yox”.
Xatırladaq ki, “Benfika” sentyabr 16-da “Qarabağ”a Çempionlar Liqasında (2:3) sensasion məğlubiyyətdən dərhal sonra baş məşqçi Bruno Lajeni vəzifəsindən uzaqlaşdırmışdı.
