Modriç bu kluba keçməyə razılıq verdi: 48 saat ərzində…
“Real”ın yarımmüdafiəçisi Luka Modriç karyerasını “Milan”da davam etdirəcək.
Aut.az xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Canluka Di Martsio məlumat yayıb.
Xorvatiyalı futbolçu artıq İtaliya klubuna keçidə razılaşıb. Mənbənin sözlərinə görə, 39 yaşlı xorvatiyalı ilə yaxın 48 saat ərzində müqavilə bağlanacaq.
“Real” mayın 22-də yarımmüdafiəçinin ABŞ-da iyunun 15-dən iyulun 13-dək keçiriləcək klublararası dünya çempionatı başa çatdıqdan sonra komandanı tərk edəcəyini açıqlayıb.
Aut.az
